Bank Of Baku

Azərbaycan prezidenti Füzuli rayonunda avtomobil yolunun tikintisinə 1,5 milyon manat ayırıb

 Azərbaycan prezidenti Füzuli rayonunda avtomobil yolunun tikintisinə 1,5 milyon manat ayırıb
# 03 iyul 2015 13:12 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev Füzuli rayonunun Birinci və On birinci Qayıdış qəsəbələrarası avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

"APA-Economics"in məlumatına görə, on iki min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Birinci və On birinci Qayıdış qəsəbələrarası avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 1,5 milyon (bir milyon beş yüz min) manatı Füzuli Rayon İcra Hakimiyyətinə ayrılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR