Bank Of Baku

"Azercell" "İlin mobil operatoru" seçilib

"Azercell" "İlin mobil operatoru" seçilib
# 18 dekabr 2015 13:16 (UTC +04:00)

Bakı - APA-Economics. "Azercell Telekom"un nailiyyətləri sırasına daha bir uğur əlavə olunub. Şirkət "Consulting&Business" jurnalının təsis etdiyi İlin Şirkəti 2015 mükafatının “İlin mobil operatoru” nominasiyası üzrə qalib seçilib.

 

Mobil operatordan "APA-Economics"ə verilən məlumata görə, mobil rabitə sahəsində ən innovativ meylləri ölkədə təqdim edən "Azercell" şirkəti telekommunikasiya xidmətlərinin inkişafına verdiyi töhfəyə, həyata keçirdiyi uğurlu layihələrə və yeniklərə görə mükafatlandırılıb. "Azercell Telekom" MMC-nin yeni təyin olunmuş prezidenti Vahid Mürsəliyev mükafatı qəbul edərək "Consulting&Business" jurnalının idarə heyətinə şirkəti bu ada layiq gördüyünə görə, ilk növbədə isə "Azercell"i öz mobil operatoru kimi seçən 4.5 milyon abunəçiyə minnətdarlığını bildirib. V. Mürsəliyev öz çıxışında "Azercell"in 2015-ci ildə istər mobil rabitə, istərsə də sosial fəaliyyət istiqamətində bir sıra mühüm layihələr həyata keçirdiyini vurğulayıb. "Azercell" şirkəti yarandığı gündən daim müştərilərinə ən yüksək xidməti təqdim etməyə və Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olmağa çalışıb. Bütün bu illər ərzində xidmətlərimizin və şəbəkəmizin mükəmməlliyi üzərində fokuslanaraq, texnoloji innovasiyalar sahəsində də nümunəvi şirkət olmağı vacib saymışıq", - deyə şirkət prezidenti bildirib.

 

Qeyd edək ki, İlin Şirkəti Milli mükafatı "Consulting&Business" jurnalı tərəfindən 2006-cı ildə təsis olunub və Azərbaycanda biznes və iqtisadiyyat sahəsində ən nüfuzlu mükafatlardan biri sayılır. “İlin Şirkəti” milli iqtisadiyyatın müxtəlif sahələrində əhəmiyyətli nəticələr əldə etmiş təşkilatlara təqdim olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR