Bank Of Baku

"Azəriqaz” xidmətlərini elektronlaşdırır

"Azəriqaz” xidmətlərini elektronlaşdırır
# 29 aprel 2015 09:51 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Azəriqaz” İstehsalat Birliyinin xidmətləri “Elektron Hökumət” portalına inteqrasiya ediləcək.

 

APA-Economics”in verdiyi xəbərə görə, bununla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində "Azəriqaz"ın müvafiq sahə üzrə əməkdaşları ilə görüş keçirilib.

 

Görüşün məqsədi "Azəriqaz" İB-nin İnformasiya sisteminin portala qoşulması ilə ictimai tələbatın yüksək olduğu bəzi xidmətlərin elektronlaşdırılaraq "bir pəncərə" prinsipi üzrə vahid məkandan vətəndaşlara təqdim edilməsidir. Toplantı çərçivəsində məlumat bazasının FİN-ə uyğunlaşdırılması, o cümlədən aşağıdakı xidmətlərin elektronlaşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi təklif edilib:

 

- SMART kartların balansının onlayn rejimdə artırılması

- SMART kartların balansının yoxlanılması

- SMART kartların balansında olan köhnə borcların göstərilməsi

- Xəta səbəbindən SMART karta yüklənməmiş məbləğlərin bərpası

- Məcburi köçkünlərin limitlərinin onlayn rejimdə SMART karta yüklənilməsi.

 

Bundan başqa, yeni qaz abunəçilərinin sənədləşdirilməsi zamanı ünvan və soyadların, adı, atasının adı sistemə əl ilə daxil edildiyi və bununla əlaqədar bir çox mexaniki səhvlərin baş verməsi hallarının aradan qaldırılması və İnformasiya sisteminin formalaşdırılmasının ilkin mənbədən aparılması məqsədilə portal üzərindən İAMAS informasiya sistemindən "Azəriqaz" İB-nə servis ötürülməsi təklif edilib.

 

Qeyd edək ki, "Azəriqaz" İB-nin mövcud Abonent bazasında məlumatların ~70%-i FİN-ə uyğunlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR