Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Azərsu” ASC-nin İstehsalat Texniki Kompleksləşdirmə İdarəsinin hüquqi şəxs statusu ləğv olunub.
“APA-Economics”in verdiyi xəbərə görə, “Azərsu” ASC, “Azərsu” ASC İstehsalat Texniki Kompleksləşdirmə İdarəsinin ona qoşulması ilə əlaqədar olaraq yenidən təşkil olunub.
Məsələ ilə bağlı Nazirlər Kabineti cari ilin avqustun 31-də qərar qəbul edib.