Bank Of Baku

"Azərsun Holdinq" bu il Azərbaycanda daha iki yeni zavodunu istifadəyə verəcək

"Azərsun Holdinq" bu il Azərbaycanda daha iki yeni zavodunu istifadəyə verəcək
# 28 yanvar 2015 09:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Azərsun Holdinq" bu il Azərbaycanda daha 2 yeni zavodunu istifadəyə verəcək.

 

"APA-Economics"in məlumata görə, bunu jurnalistlərə holdinqin baş direktoru Savaş Uzan bildirib.

 

Onun sözlərinə görə, bu zavodlardan birincisi - illik gücü 200 min ton olan qüvvəli yem zavod İmişli rayonunda istifadəyə veriləcək. O bu zavodun mart ayının sonuna qədər istifadəyə verməyi nəzərdə tutulduğunu bildirib.

 

S. Uzan “Azərsun Holdinq”in ikinci fabrikin isə Bakıda tikildiyi vurğulayıb: “Bu fabrikdə əsasən sənaye şokoladı istehsal ediləcək. Yəni, Azərbaycanda şokolad istehsal edən şirkətlərə onların şokolad istehsalında istifadə etmələri üçün sənaye şokoladı verəcək. Bununla bərabər, zavodda günəbaxan tumu halvası, lokum, marmelad və s. istehsal olunacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR