Bank Of Baku

"Azəryolservis": I Avropa Oyunları ilə əlaqədar işlər martın sonuna kimi başa çatacaq - VİDEO

"Azəryolservis": I Avropa Oyunları ilə əlaqədar işlər martın sonuna kimi başa çatacaq - <span style="color: red;">VİDEO
# 13 fevral 2015 11:46 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. I Avropa Oyunlarının keçirilməsi ilə əlaqəli işlərin mart ayının sonuna kimi başa çatdırılması nəzərdə tutulub.

 

”Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin “APA-Economics”ə verdiyi məlumata görə, hazırda Böyükşor dairəsi ərazisində yeni avtomobil yollarının, yol ötürücülərinin, tunellərin, piyada keçidlərinin tikintisi, su oyunlarının keçiriləcəyi arenaya, Stend Atıcılığı İdman Kompleksinə yeni avtomobil yolunun çəkilməsi, həmin istiqamətdən dairəvi yola çıxışın təmin edilməsi üzrə və digər ərazilərdə işlər intensiv şəkildə davam etdirilir.

 

Qeyd edək ki, artıq Ziya Bünyadov prospektinin yenidən qurulması, Tbilisi prospektinin təmiri, Zığ dairəsi - Heydər Əliyev adına Hava Limanı avtomobil yolundan Qala stansiyasına gedən avtomobil yolunun tikintisi, Zabrat-Maştağa-Buzovna avtomobil yolunun I texniki dərəcəyə uyğun yenidən qurulması, Qələbə meydanında, Heydər Əliyev prospektində, “Şəfa” stadionunun qarşısında, Ziya Bünyadov prospektində müxtəlif səviyyəli yol qovşaqlarını, Sərdar Səfərov küçəsində, Babək prospekti ilə K. Əfkari küçəsinin kəsişməsində yeraltı piyada keçidlərinin tikintisi layihələri başa çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR