Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Bakcell" şirkəti istifadəçiləri üçün "Whatsapp" mobil əlavəsindən ödənişsiz istifadə imkanı yaradıb.
"APA-Economics" xəbər verir ki, bu barədə şirkətin baş marketinq direktoru Mariya Toyçeva bildirib.
Onun sözlərinə görə, mobil operatorun abonentlərinin 30%-i "Whatsapp" istifadəçisidir.
"Bu gün "Bakcell" "Whatsapp"a ödənişsiz çıxış imkanı yaradan yeganə şirkətdir", -deyə M. Toyçeva qeyd edib.