Bank Of Baku

"Bakcell" "Whatsapp"a pulsuz çıxış və üç dəfədən çox internet təqdim edir

"Bakcell" "Whatsapp"a pulsuz çıxış və üç dəfədən çox internet təqdim edir
# 07 mart 2016 11:57 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Bakcell" şirkəti yeni "Klass" tariflərini istifadəyə verməklə, mobil internetdən istədikləri qədər istifadə etmək üçün öz abunəçilərinə daha çox mobil internet trafikini böyük məmnuniyyətlə təqdim edir.

 

"APA-Ecnomics" xəbər verir ki, abunəçilərə təqdim olunan bu 5 yeni tarif sayəsində səs xidmətlərindən istifadə edərkən vəsaitlərinə qənaət etmək və ünsiyyət qurmaq üçün əlavə imkanlar əldə edəcəklər.

 

Bu yeni tariflərə qoşulan bütün abunəçilər "Whatsapp" tətbiqinə pulsuz qoşulmaq imkanına da malik olacaqlar.

 

Bu beş sərfəli "Klass" tarifinin hər birinin üstünlükləri aşağıdakı cədvəldə göstərilib:

 

 

“Biz öz müştərilərimizin sadiqliyini həmişə yüksək qiymətləndirir və yeni məhsullar yaradarkən daim onların maraqlarını nəzərə almağa çalışmışıq ki, onların gözləntilərini doğrulda bilək. Müştəri davranışı göstəricilərinin müşahidəsi göstərir ki, data xidmətlərinə olan tələbat getdikcə artmaqdadır. Bu faktı nəzərə alaraq, biz eyni aylıq ödənişin müqabilində 3 dəfə artıq internet trafikini təqdim etməyə qərar verdik. Müştərilərimizə Azərbaycanda bütün şəbəkələrə pulsuz zəng vurmaq imkanının verilməsi də ünsiyyət prosesini onlar üçün daha münasib və asan etmək üçün gördüyümüz səylərin nəticəsidir. Biz inanırıq ki, hər bir Bakcell abunəçisi ay ərzində istifadə etdiyi həcmə daha uyğun olan ən sərfəli tarifi asanlıqla tapa biləcək. Müştərilərimiz üçün daha bir xoş xəbər “Whatsapp” tətbiqinə pulsuz mobil çıxış imkanıdır. Artıq hər bir “Klass” abunəçisi ödədiyi aylıq tarif haqqından asılı olmayaraq mobil internet üçün pul ödəməyərək “Whatsapp” üzərindən ünsiyyətdə olmaq imkanına malik olacaq. Müştərilərimizi daim ən sərfəli qiymətlər və ən üstün keyfiyyətli şəbəkə ilə təmin etmək üçün səylərimizi gələcəkdə də davam etdirəcəyik”, - deyə şirkətin baş marketinq direktoru Maria Toyçeva bildirib.

 

5 yeni Klass tarifi haqqında daha ətraflı məlumat üçün bu səhifəyə daxil ola bilərsiniz: http://www.bakcell.com/klass/az/klass

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR