Bakı. Vüsal Nəbiyev - APA-Economics. Yaxın zamanda “Bakcell” şirkəti 4G xidmətindən kommersiya məqsədilə istifadəsinə başlayacaq.
Bu barədə "APA-Economics"ə "Bakcell" şirkətinin Korporativ kommunikasiya bölməsinin rəhbəri Süheyla Cəfərova məlumat verib.
S. Cəfərova bildirib ki, "Bakcell" 4G xidmətinin göstərilməsi üçün lisenziyanı ötən ilin dekabr ayından alıb və hazırda şəbəkədə sınaq işləri aparılır.
“Sınaq prosesinə 2 minə yaxın abunəçi qoşulub və hal-hazırda 4G xidmətindən istifadə edir. Yaxın vaxtlarda bu xidmətin kommersiya fəaliyyətinə də start veriləcək”, - deyə S. Cəfərova bildirib.