Bank Of Baku

"Bakcell" yay futbol məktəbinin növbəti 5 iştirakçısını Mançesterə yollayır

"Bakcell" yay futbol məktəbinin növbəti 5 iştirakçısını Mançesterə yollayır
# 08 iyun 2015 11:02 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Bakcell” şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən təşkil olunan “Mançester Yunayted III yay futbol məktəbi”nin təlim-məşq toplanışları başa çatıb.

 

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, təlim-məşq toplanışlarının son günü təşkil olunan mərasimdə 34 uşaq arasından ən yüksək nəticələr nümayiş etdirən 5 iştirakçının adları elan olunub:

 

Nihad Xәlilli (Sumqayıt)

Nihad Fərəci (Gəncə)

İbrahim Ağayarov (Bakı)

Elmar Әzizov - qapıçı (Xaçmaz)

Cavid Fərzəliyev - qapıçı (Sumqayıt)

 

Qeyd edək ki, bu uşaqlar İngiltərənin Mançester şəhərinə - "Mançester Yunayted" klubunun yay futbol məktəbində hazırlıq keçməyə göndəriləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR