Bank Of Baku

"Bakı Metropoliteni”: Bu gün saat 24:00-dan etibarən “Metrokart”ları geri qaytarmaq mümkün olmayacaq - FOTOSESSİYA

"Bakı Metropoliteni”: Bu gün saat 24:00-dan etibarən “Metrokart”ları geri qaytarmaq mümkün olmayacaq - <span style="color: red;">FOTOSESSİYA
# 15 avqust 2015 09:06 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Sərnişinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq "Bakı Metropoliteni" QSC bir daha bəyan edir ki, mövcud metro kartlarının geri qaytarılması (girov dəyərinin geri alınması məqsədilə) və satışı avqustun 15-i gecə saat 24:00-dan etibarən dayandırılacaq.

 

 

“Bakı metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin “APA-Economics”ə verdiyi məlumata görə, avqust ayının 31-nə kimi metro kartlarının girov dəyərinin həmin karta yüklənməsi, eləcə də yeni gediş haqqı yüklənməsi əməliyyatları davam edəcək.

 

1 sentyabrdan 30 sentyabra qədər mövcud metro kartlarından sadəcə balansında olan gediş haqqından istifadə etmək mümkün olacaq. “Yəni, gediş haqqı yüklənməyəcək, depozit dəyəri geri qaytarılmayacaq. Metro kartının depozit dəyəri və balansı isə 30 sentyabra qədər yeni alınan “Bakıkart”a transfer edilə bilər. Xahiş olunur nəzərə alasınız”, -deyə N.Paşayev vurğulayıb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR