Bank Of Baku

"Bakıelektrikşəbəkə" daha bir "ASAN Xidmət" mərkəzində fəaliyyət göstərməyə başlayıb

"Bakıelektrikşəbəkə" daha bir "ASAN Xidmət" mərkəzində fəaliyyət göstərməyə başlayıb
# 26 yanvar 2015 13:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Bakıelektrikşəbəkə” ASC “ASAN Xidmət” mərkəzləri vasitəsi ilə xidmət əhatəsini genişləndirir.

 

“Bakıelektrikşəbəkə”dən “APA-Economics”ə verilən məlumata görə, fəaliyyətini beynəlxalq standartlara uyğun quran və əsas məqsədi vətəndaşlara nümunəvi xidmət göstərmək olan “Bakıelektrikşəbəkə” tərəfindən şəffaflığın və operativliyin təmin edilməsi üçün “ASAN Xidmət” vasitəsilə əhaliyə məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulması, borcun olmamasına dair arayışın verilməsi, elektrik enerjisi istehlakçısının dəyişdirilməsi və borcun araşdırılması üzrə xidmətlər göstərilir.

 

Ötən ilin mayın 15-dən etibarən Bakı 4 saylı “ASAN Xidmət” mərkəzi vasitəsilə “Bakıelektrikşəbəkə” tərəfindən ötən ilin 31 dekabr tarixədək 3 221 nəfər vətəndaşa yüksək keyfiyyətli xidmət göstərib. Müraciət edən vətəndaşların keyfiyyətli və sürətli xidmətin məmnunluğu, habelə müraciətlərin çoxluğu nəzərə alınaraq göstərilən xidmətin əhatəsini daha da genişləndirmək üçün bu ilin yanvarın 9-dan etibarən Bakı 2 saylı “ASAN Xidmət” mərkəzində də fəaliyyət göstərməyə başlayıb. Yaxın günlərdə Bakı 1 saylı “ASAN Xidmət” mərkəzində də abonentlərinə xidmət göstərməyə başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR