Bakı. Vüsal Nəbiyev - APA-Economics. "BakuBus" MMC-yə məxsus avtobuslarda sürət limiti tətbiq olunur. "APA-Economics" xəbər verir ki, bu barədə MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.
"Sərnişindaşımada təhlükəsiz xidməti əsas götürdüyümüz üçün "BakuBus" MMC-yə məxsus avtobuslarda daxili mexaniklərimiz tərəfindən tənzimləmələrdə sürət həddi 50km/saat olaraq nizamlanır. Sürücü bu limiti dəyişmə imkanına malik deyil. Hər hansı texniki nasazlıq nəticəsində sürət həddi maksimum 99 km/saat həddində aşıla bilər. Bu isə sürücü müdaxiləsi ilə deyil, texniki nasazlıq nəticəsində mümkündür", - deyə N. Allahyarova bildirib.