Bakı. Vüsal Nəbiyev - APA-Economics. "BakuBus" MMC-yə məxsus 6 saylı avtobus müvəqqəti olaraq hərəkət istiqamətini dəyişəcək. "APA-Economics" xəbər verir ki, bu barədə "BakuBus" MMC-nin mətbuat katibi Nuridə Allahyarova məlumat verib.
İstiqlaliyyət küçəsinin Şeyx Şamil və Niyazi küçələri ilə kəsişmələri arasında qalan hissəsi nəqliyyatın hərəkətinə tamamilə bağlı olacağından bu küçələr ilə gələn avtomobillər İstiqlaliyyət küçəsində sola tərəf hərəkət edə biləcəklər.
"BakuBus"a məxsus 6 saylı avtobus da müvəqqəti olaraq hərəkət istiqamətini dəyişəcək, Şəhidlər Xiyabanı istiqamətində hərəkətinə davam edəcək", - deyə N. Allahyarova bildirib.