Bakı. Vüsal Nəbiyev – APA-Economics. Martın 30-dan aprelin 2-dək Belarus rabitə və informasiya naziri Sergey Popkovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdə olacaq.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, səfər çərçivəsində S.Popkovun Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla görüşü nəzərdə tutulur.
Hər iki ölkənin nümayəndə heyətlərinin iştirak edəcəyi ikitərəfli görüşdə rabitə və informasiya texnologiyaları sahəsində qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılır.