Bakı. Vüsal Nəbiyev - APA-Economics. “British Airways” aviaşirkətinin Bakıdan olan uçuşları Londonun 5-ci terminalına (T5) həyata keçiriləcək.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, iyunun 30-dan etibarən Azərbaycandan olan sərnişinlər T5-ə eniş edirlər.
İl ərzində 30 milyon insanı qəbul etmək imkanına malik yüksək texnologiyalarla təchiz olunmuş T5 “British Airways” sərnişinlərinə rahat və gərginlikdən uzaq bir səyahət təklif edir.
Qeyd edək ki, Bakıdan Birləşmiş Krallığın ən böyük hava limanına olan uçuşlar əvvəllər I Terminala həyata keçirilib. 2014-cü ildə edilən bəyanata əsasən, “British Airways” Londonun “Hitrou” hava limanının üç terminalına həyata keçirdiyi uçuşları 2015-ci ilin sonunadək artıq iki – 3-cü (T3) və 5-ci terminallarda cəmləşdirəcək.