Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmlak Məsələləri Dövlət Komitəsi “Gəncə-Qənnadı” ASC-nin səhmlərinin 30,03%-nin satışı üzrə investisiya müsabiqəsi elan edir.
Komitədən “APA-Economics”ə verilən məlumata görə, müsabiqədə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi zamanı alıcı qismində tanınan yerli hüquqi və fiziki şəxslərlə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.
Qeyd edək ki, hazırda ASC-nin nizamnamə kapitalı 5 mln. 288 min 190 manat, bir səhmin nominal dəyəri isə 2 manat təşkil edir.
İnvestisiya müsabiqəsində satışa çıxarılan səhmlərin sayı 793 926 ədəddir.
Səhmdar cəmiyyətinin öhdəlikləri 567 min 833,11 manat təşkil edir.
Müsabiqə Komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin inzibati binasında mayın 12-də həyata keçiriləcək.
Qeyd edək ki, müəssisə 1973-cü ildə istismara verilib və hazırda orada 53 nəfər işçi var.