Bank Of Baku

"Həzi Aslanov" metro stansiyasında eskalator təmirə dayanır

"Həzi Aslanov" metro stansiyasında eskalator təmirə dayanır
# 10 mart 2016 11:02 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Həzi Aslanov" metro stansiyasında eskalator təmirə dayandırılır.

 

Bu barədə “APA-Economics”ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

 

"Stansiyasının ikinci vestibülündə yerləşən 1 saylı eskalatora baxış zamanı dartı ulduzcuğunda lüft yarandığı müşahidə edilib. Bu məqsədlə həmin eskalatorun təmirə dayandırılması məqsədəuyğun hesab edilib. Martın 11-dən etibarən 1 saylı eskalator təxminən 1 ay təmirdə olacaq”, - deyə N. Paşayev bildirib.

 

Qeyd edək ki, 1 saylı eskalatorun 7 aprel tarixində sərnişinlərin istifadəsinə verilməsi planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR