Bank Of Baku

"İraq Hava Yolları" Bakıya uçuşlar həyata keçirməyə başlayıb

"İraq Hava Yolları" Bakıya uçuşlar həyata keçirməyə başlayıb
# 16 oktyabr 2015 12:35 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “İraq Hava Yolları” Bakı və İrəvana uçuşlar həyata keçirməyə başlayıb.

 

APA-Economics”in xarici mətbuata istinadən verdiyi xəbərə görə, Bakıya uçuşlar oktyabrın 13-dən həyata keçirilir. Uçuşlar hər həftə çərşənbə axşamı həyata keçiriləcək.

 

Qeyd edək ki, bundan öncə “İraq Hava Yolları” aviaşirkəti sentyabrın 22-dən etibarən Bağdad-Bakı-Bağdad marşrutu üzrə birbaşa aviareys həyata keçirəcəyini və ilk 4 reys üzrə biletlərin qiyməti 250 dollar civarında olacağını bildirib.

 

Uçuşlar “Boeing 737 fleet” təyyarələri ilə həyata keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR