Bank Of Baku

"Nar" "Hədiyyə yağışı" lotereyasının nəticələri açıqlayıb

"Nar" "Hədiyyə yağışı" lotereyasının nəticələri açıqlayıb
# 18 mart 2016 12:21 (UTC +04:00)

Bakı - APA-Economics. "Nar" mobil operatoru "Hədiyyə yağışı" lotereyasının qaliblərini mükafatlandırıb.

 

Mobil operatordan "APA-Economics"ə verilən məlumata görə, "Nar" tərəfindən elan edilmiş kampaniyanın qaydalarına əsasən, öz balansını ən az 3 manat dəyərində artırmış bütün abunəçilər heç bir əlavə ödəniş etmədən, avtomatik olaraq lotereya iştirakçılarına çevrilir və hər həftə “iPhone 6” smartfonu qazanmaq fürsəti əldə edirdilər. Bundan əlavə, balansını ən az 5 manat dəyərində artırmış olan abunəçilər əsas uduşu – 2016-cı ilin mart ayında oynanılan 15 000 mnat məbləğindəki pul mükafatını udmaq imkanı qazanırdılar.

 

“Nar” abunəçilərinin böyük marağına səbəb olmuş bu lotereyanın bütün qaliblərinin adları artıq bəlli olub. Respublikanın müxtəlif guşələrindən olan ən şanslı lotereya iştirakçıları qaliblər sırasında olmanın sevincini yaşayıblar.
 

“Hədiyyə yağışı” lotereyası barədə əlavə məlumatı “Nar” operatorunun internet səhifəsindən öyrənə bilərsiniz: www.nar.az

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR