Bank Of Baku

"Nar" "ITU Telecom World - 2015" sərgisində iştirak edir

"Nar" "ITU Telecom World - 2015" sərgisində iştirak edir
# 12 oktyabr 2015 09:09 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Bu ilin 12-15 oktyabr tarixində Macarıstanın Budapeşt şəhərində “ITU Telecom World – 2015” beynəlxalq sərgisi keçirilir.

 

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanın İKT nümayəndə heyətinin tərkibində bu beynəlxalq tədbirdə təmsil olunan “Nar” sərgidə təşkil edilmiş milli pavilyonumuzda özünün ən son nailiyyətlərini – müxtəlif məhsul və xidmətlərini dünya ictimaiyyətinə təqdim edir.

 

“Azerfon” şirkətinin rəhbərliyi də daxil olmaqla, bu beynəlxalq forumda iştirak edən “Nar” əməkdaşları sərgi günləri ərzində İKT sahəsinin inkişaf tendensiyalarını müşahidə etmək, beynəlxalq praktikanın yeni istiqamətlərini dəyərləndirmək və geniş təcrübə mübadiləsi aparmaq imkanı qazanıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR