Bank Of Baku

"Nar" yeni rominq kampaniyası keçirir

"Nar" yeni rominq kampaniyası keçirir
# 16 dekabr 2015 09:57 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Dekabr ayının 15-də "Nar" mobil operatoru öz abunəçiləri üçün rominq tariflərinə endirim kampaniyasına start verib.

 

Mobil operatordan “APA-Economics”ə verilən məlumata görə, kampaniya çərçivəsində 1-ci zonaya aid ölkələrdə olan “Nar” istifadəçiləri internetdən 50% endirimlə, 2-ci zonaya daxil olan ölkələrdəki abunəçilər isə 40% endirimlə yararlana biləcəklər. Bundan başqa, hər iki zonaya daxil olan ölkələrdəki “Nar” istifadəçiləri Azərbaycana zəng edərkən 10% endirim fürsətindən də faydalanacaqlar.

 

15 yanvar 2016-cı il tarixədək davam edəcək biraylıq kampaniya bütün abunəçiləri əhatə edəcək. Rominqdə olarkən, 50%-dək internet və 10% zəng endirimi fürsətləri qış səfərinə çıxmış “Nar” istifadəçilərinə öz səyahət təəssüratlarını bölüşmək üçün əlavə imkanlar yaradacaq.

 

Rominq zonaları və tariflər haqqında ətraflı məlumatı buradan öyrənə bilərsiniz: www.nar.az

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR