Bakı - APA-Economics. Yaponiyanın "Toyota Motor Co." avtomobil konserni 2 milyon 870 min avtomobilini geri çağırır. "APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, buna səbəb arxa oturacaq üçün nəzərdə tutulmuş təhlükəsizlik kəmərlərində problemlərin aşkarlanmasıdır.
Bildirilir ki, qəza baş verən zaman təhlükəsizlik kəmərləri arxa oturacaqların metal karkası ilə zədələnə bilər.
Ən çox geri çağırılanlar arasında "RAV 4" və "Vanguard" modelləridir.