Bank Of Baku

"Volkswagen"in bazar payı 2008-ci ildən etibarən ən aşağı səviyyəyə enib

"Volkswagen"in bazar payı 2008-ci ildən etibarən ən aşağı səviyyəyə enib
# 15 iyul 2016 11:57 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. 2016-cı ilin I yarısında "Volkswagen" avtomobil konserninin Avropa bazarındakı payı 11,2%-ə enib ki, bu da 2008-ci ildən etibarən ən aşağı göstəricidir.

 

"APA-Economics" "Financial Times" nəşrinə istinadən xəbər verir ki, ötən ilin analoji dövründə "Volkswagen"in köhnə qitədəki payı 12,1% olub. Qlobal maliyyə böhranının tüğyan etdiyi 2008-ci ildə konsernin bazar payı 10,4% olub.

 

"Financial Times" yazır ki, bazar payının azalmasına səbəb böyük səs-küyə səbəb olan və konserni ziyana salan "dizel qalmaqalı" adlanan proses olub. Bu ilin yanvar-iyun ayları ərzində Avropa İttifaqının ərazisində 875 min 380 ədəd "Volkswagen" satılıb ki, bu da 2015-ci ilin analoji dövrü ilə müqayisədə cəmi 0,8% artım deməkdir. Maraq üçün qeyd edək ki, müvafiq dövr ərzində konserni yaxından izləyən rəqiblər satışlarını 5-15% artırıb.

 

"Dizel qalmaqalı" 2015-ci ilin sentyabrında baş verib. O zaman məlum olub ki, "Volkswagen" havaya atılan zərərli maddələrin miqdarını saxtalaşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR