APA-nın məlumatına görə, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə açıqlamasında deyib ki, mənzilinə iki telefon çəkdirmək istəyən vətəndaşlara ikinci çəkiliş pulsuz həyata keçiriləcək. "Əgər təşkilatlar telefon çəkdirmək istəyirsə, 3 telefon xətti çəkiləcəyi halda, 1-i pulsuz çəkiləcək", - deyə nazir müavini bildirib.
E. Vəlizadə əlavə edib ki, vətəndaşlar simsiz CDMA telefon xətti ilə də ödənişsiz təmin olunacaqlar.
"İnternet istifadəçilərinə gəlincə, 1 meqabit üçün müqaviləsi olan istifadəçilər müraciət etdikləri halda, onların aldıqları internetin tutumu artırılacaq. Bu, 2 meqabit internet tutumu alan istifadəçilərə də şamil edilir", - deyə nazir müavin qeyd edib.
Onun sözlərinə görə, bundan əlavə, İP TV çəkilişi və digər xidmətlərin göstərildiyi zaman müəyyən ödənişlərin olmaması nəzərdə tutulur: "Bu barədə vətəndaşlar poçt şöbələrinə, yaxud telekommunikasiya qovşaqlarına müraciət edərək ətraflı məlumat əldə edə bilərlər. Güman edirik ki, vətəndaşlar bu aydan səmərəli istifadə edəcəklər".