Bank Of Baku

ABŞ-dakı qeyri-stabil hava şəraiti Bakıdan Nyu-Yorka yerinə yetirilən aviareyslərin qrafikinə təsir etməyib

ABŞ-dakı qeyri-stabil hava şəraiti Bakıdan Nyu-Yorka yerinə yetirilən aviareyslərin qrafikinə təsir etməyib
# 27 yanvar 2015 11:56 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. ABŞ ərazisində müşahidə olunan qeyri-stabil hava şəraitinin hökm sürməsinə baxmayaraq, Bakı-Nyu-York-Bakı istiqamətində aviareyslər  qrafikə uyğun olaraq yerinə yetirilir.

 

Heydər Əliyev Hava Limanından "APA-Economics"ə bildiriblər ki, reyslərin həyata keçirilməsində hələlik heç bir gecikmə qeydə alınmayıb.

 

Qeyd edək ki, Nyu-York şəhərinin Kennedi hava limanına reyslər hər həftə bazar ertəsi, çərşənbə və şənbə günləri yerinə yetirilir. Bakıdan uçuş yerli vaxtla saat 06: 00-da, Nyu-Yorkda enmə isə yerli vaxtla saat 09:30-da həyata keçir.

 

Əks-istiqamətdə uçuşlar həftənin eyni günlərində saat 11:30-da həyata keçirilir, Bakıda enmə isə növbəti gün saat 08:00-da baş tutur.

 

Reyslər “Airbus-A 340” tipli təyyarələrlə yerinə yetirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR