Lənkəran. Ağəddin Babayev – APA. ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə Azərbaycana ilk səfəri təşkil olunmuş “The Exchange” pop qrupu bu gün Lənkəran şəhər Mədəniyyət Mərkəzində maraqlı konsert proqramı ilə çıxış edib.
APA-nın cənub bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə açan ABŞ səfirliyinin mədəniyyət və təhsil işləri müşavirə proqramları üzrə mütəxəssisi Emi Pitersen pop qrupunun yaradıcılığı barədə danışaraq bildirib ki, qrup ilk debüt səsyazmalarını 2014-cü ildə buraxıb, Avropa turunda olub, həmçinin NBC kanalında Sing-off musiqi yarışmasında finala çıxıb.
Qeyd edək ki, ABŞ-ın “The Exchange” pop qrupunun Azərbaycana səfərində məqsəd Bakıda, Naxçıvanda, Biləsuvarda və digər yerlərdə ictimai konsertlər vermək və yerli musiqiçilər üçün ustad məşğələləri keçirməkdən ibarətdir.