Azərbaycan prezidenti İlham Əliyev Ağdaş və Bərdə rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, Ağdaş və Bərdə rayonlarında cəmi 412 şagird yerlik modul tipli 9 məktəbin quraşdırılması məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 2 595 000 manatı Təhsil Nazirliyinə ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
|
Sıra №-si |
Təhsil müəssisələrinin adları |
Ayrılan vəsait |
|
1 |
Ağdaş rayonu Xınaxlı kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
285 000 |
|
2 |
Ağdaş rayonu Malay kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması |
230 000 |
|
3 |
Ağdaş rayonu Əmirmahmud kənd 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması |
260 000 |
|
4 |
Bərdə rayonu İmamqulubəyli kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması |
230 000 |
|
5 |
Ağdaş rayonu Binələr kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması |
230 000 |
|
6 |
Ağdaş rayonu Bulaqotağı kənd 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması |
260 000 |
|
7 |
Bərdə rayonu Böyük Qəcər kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
425 000 |
|
8 |
Bərdə rayonu Nəcəfqulubəyli kənd 56 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması |
285 000 |
|
9 |
Bərdə rayonu Təhlə kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
390 000 |
|
|
Cəmi |
2 595 000 |