Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC yeni poçt markası dövriyyəyə buraxıb.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, marka Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr edilib.
Poçt markasının üzərində AMEA-nın əsas binası və qarşısındakı park təsvir olunub.
Markanın nominal dəyəri 0,3 manat təşkil edir.