Bakı - APA-Economics. Cari ilin fevral 9-da təlim uçuşu çərçivəsində Ankaranın Esenboğa hava limanında Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Boeing 787 Dreamliner” sərnişin təyyarəsinin texniki nümayişi baş tutub.
Azərbaycanın Türkiyədəki səfirliyindən “APA-Economics”ə verilən məlumata görə, təyyarənin nümayişi zamanı Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Türkiyənin biznes dairələri, KİV təmsilçiləri, Esenboğa hava limanının nümayəndələri, habelə AZAL-ın Ankara şəhəri üzrə nümayəndəsi iştirak ediblər.