Bank Of Baku

Artur Rəsizadə: “Türkiyə ilə Azərbaycanın rabitə, telekommunikasiya və digər sahələrdə işbirliyi çox böyük səmərəli nəticələr verib” - FOTO

Artur Rəsizadə: “Türkiyə ilə Azərbaycanın rabitə, telekommunikasiya və digər sahələrdə işbirliyi çox böyük səmərəli nəticələr verib” - <span style="color: red;">FOTO
# 13 may 2015 08:23 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Azərbaycanın baş naziri Artur Rəsizadə regional biznes-forumun işində iştirak etmək üçün Azərbaycana səfərə gələn Türkiyə baş nazirinin müavini Əli Babacanı qəbul edib.

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, qəbul zamanı Türkiyə ilə Azərbaycanın tarixən sıx əlaqələrə malik olmasından söz açan baş nazir Artur Rəsizadə ənənəvi doğma münasibətlərimizin müasir dövrdə daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini məmnunluqla qeyd edib. Daha sonra qarşılıqlı faydalı əsaslarda siyasi, iqtisadi, mədəni bağların daha da möhkəmləndirilməsinin zəruriliyini vurğulayan baş nazir nəqliyyat, rabitə, telekommunikasiya, enerji, ticarət  və digər sahələrdə işbirliyimizin çox böyük səmərəli nəticələr verdiyinə diqqət yönəldib.

 

Öz növbəsində Əli Babacan Türkiyə ilə Azərbaycanın stabil və etibarlı əməkdaşlıq bağlarının mövcudluğunu vurğulayıb.

 

Ə.Babacan müxtəlif istiqamətlər üzrə sıx əməkdaşlığımızın perspektivinə toxunaraq bildirib ki, gələcəkdə də bir-birimizə hərtərəfli dəstək baxımından qarşıda çox böyük imkanlar var.

 

Sonra Əli Babacan "G-20" platforması çərçivəsində Bakıda keçirilən regional biznes-forumda müzakirə ediləcək məsələlər barədə baş nazirə ətraflı məlumat verib.

 

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR