Bank Of Baku

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi vasitəsilə yük daşımaların həcmi 14%-ə qədər azalıb

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi vasitəsilə yük daşımaların həcmi 14%-ə qədər azalıb
# 13 aprel 2016 10:32 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Cari ilin yanvar-fevral aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşınması 7826,4 min ton, yük dövriyyəsi isə 1509,4 milyon ton-km olub.

 

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yüklərin 5040,9 min tonu və ya 64,4%-i avtomobil nəqliyyatı, 2063,2 min tonu və ya 26,4%-i dəmir yolu nəqliyyatı, 722,3 min tonu və ya 9,2%-i dəniz nəqliyyatı ilə daşınıb.

 

2015-ci ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmi 13,8% azalıb. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 26,8% və 46,5%) olub. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,7% artıb.

 

Dəhliz vasitəsilə daşınmış yüklərin 15,0%-ni və ya 1172,7 min tonunu tranzit yüklər təşkil edib.

 

2016-cı ilin yanvar-fevral aylarında dəhliz vasitəsilə 54,9 mln. sərnişin daşınıb, sərnişin dövriyyəsi 1114,4 mln. sərnişin/km olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sərnişin daşınması 2,2%, sərnişin dövriyyəsi isə 1,1% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR