Bank Of Baku

Avtomobillərin icbari sığortası üzrə daxilolmalar 77% artıb

Avtomobillərin icbari sığortası üzrə daxilolmalar 77% artıb
# 04 aprel 2016 07:47 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ilin mart ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 109 842 müqavilə qeydiyyata alınıb.

 

İSB-dən “APA-Economics”ə verilən məlumata görə, bunların 11004-ü xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.

 

2016-cı ilin mart ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 9,5 mln. manat təşkil edib.

 

Qeyd edək ki, AVSMMİS üzrə mart ayında bağlanılan standart sığorta müqavilələrinin 22 034-ü indiyədək informasiya sistemində mövcud olmayan, yəni icbari sığortası olmayan avtonəqliyyat vasitələri ilə bağlı olub.

 

2015-ci ilin mart ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 59,1%, sığorta haqlarının məbləğində isə 76,8% artım müşahidə edilib.

 

Ümumilikdə, 2016-cı ilin yanvar-mart aylarında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 240 176 müqavilə bağlanılıb, bu müqavilələr üzrə daxil olan sığorta haqlarının məbləği 20,1 mln. manat təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 21%, sığorta haqlarının məbləğində isə 31% artım müşahidə edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR