Bank Of Baku

AZAL "Skytrax"ın nüfuzlu "4 Ulduz" reytinqinə layiq görülüb - FOTO

AZAL "Skytrax"ın nüfuzlu "4 Ulduz" reytinqinə layiq görülüb - <span style="color: red;">FOTO
# 17 iyun 2015 13:15 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Skytrax" "Azərbaycan Hava Yolları" QSC-ni (AZAL) nüfuzlu "4 Ulduz" reytinqinə layiq görüb.

 

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, AzAL bu statusa “Skytrax”ın xidmət keyfiyyəti və səviyyəsini qiymətləndirən müstəqil beynəlxalq auditinin nəticələrinə əsasən layiq görülüb. "Skytrax" şirkətinin aviaşirkətlərin reytinqi üzrə şkalası 1-dən 5-ə kimi ulduz təşkil edir və aviasiya ictimaiyyəti tərəfindən xidmət keyfiyyətinin qiymətləndirilməsi sahəsində obyektiv və təkzibedilməz meyar kimi qəbul edilir.

 

“Skytrax”ın cari reytinqinə görə, ümumilikdə dünyada "4 Ulduz" reytinqli 35 aviaşirkət qeydə alınıb ki, bunların da arasında “Emirates”, “Air France”, “Lufthansa”, “Turkish Airlines”, “KLM”, “British Airways”, “Japan Airlines” və digər tanınmış qlobal daşıyıcılar var.

 

"4 Ulduz" reytinqinə layiq görülmədən öncə aviaşirkət müstəqil beynəlxalq auditorlar tərəfindən göstərilən xidmətlərin keyfiyyəti və işçi heyətinin iş standartlarını əhatə edən 800-dən çox meyar üzrə qiymətləndirilib. Bütövlükdə aviaşirkətin saytı, saytda məlumatın təqdim olunması, biletlərin onlayn bronlaşdırılmasının rahatlığı və digər xidmətlər kimi sərnişinlər üçün mühüm olan aviaşirkətin məhsul komponentləri qiymətləndirilib.

 

Təyyarə salonunun vəziyyəti, tərtibi və təmizliyi; təyyarənin göyərtəsində əyləncə; heyət üzvlərinin uniformaları, onların sərnişinlərə münasibəti və işin səmərəliliyi diqqətli şəkildə qiymətləndirilib. Dyuti-Fri (Duty-free) xidməti, bort jurnalının məlumat tərkibi, bortda qidalanmanın keyfiyyəti və oturacaqların rahatlığının qiymətləndirilməsi də diqqətdən kənar qalmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR