Bank Of Baku

AZAL aviabiletlərin qiymətlərini aşağı salmaq imkanlarını araşdırır

AZAL aviabiletlərin qiymətlərini aşağı salmaq imkanlarını araşdırır
# 23 dekabr 2015 13:14 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycan Mərkəzi Bankının manatın üzən məzənnəyə keçidi barədə qərarı ilə əlaqədar olaraq dekabrın 23-də "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) İdarə Heyətinin növbədənkənar iclası keçirilib.

 

AZAL-ın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, QSC-nin prezidenti Cahangir Əsgərov iclasda Azərbaycan hava limanlarından olan uçuşlara aviabilet qiymətinin aşağı salınması imkanlarını nəzərdən keçirməyi tapşırıb.

 

30 gün ərzində Moskva, Sankt-Peterburq, Kazan, Mineralnıye Vodı, İstanbul, Ankara, Antalya, Təl-Əviv, Tehran, Dubay, Aktau, Kiyev, Lvov, Minsk, Tbilisi və s. kimi şəhərlərə aviabilet qiymətlərinin optimallaşdırılması imkanlarını nəzərdən keçirmək və İdarə Heyətinin növbədənkənar iclasında məruzə etmək qərara alınıb.

 

Qəbul olunmuş qərarlar barədə ictimaiyyətə geniş məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR