Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Azərbaycan Hava Yolları" QSC (AZAL) Ukraynanın Lvov şəhərinə müntəzəm birbaşa uçuşların sayını artırır.
AZAL-dan "APA-Economics"ə verilən məlumata görə, iyulun 21-dən etibarən AZAL Lvova yalnız bazar deyil, həmçinin cümə axşamı da uçuşlar yerinə yetirəcək.