Bank Of Baku

AZAL Novruz bayramı ilə əlaqədar yeni "1+1" aksiyasına başlayıb

AZAL Novruz bayramı ilə əlaqədar yeni "1+1" aksiyasına başlayıb
# 11 mart 2016 11:28 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Azərbaycan Hava Yolları" QSC (AZAL) Novruz bayramına həsr olunan yeni aksiyanın başlanması barədə elan edir. AZAL-ın mətbuat xidmətindən “APA-Economics”ə verilən xəbərə görə, milli bahar bayramı olan Novruz bayramı müddətində istənilən şəxs bir aviabiletin qiymətinə ekonom və ya biznes sinfi üzrə iki bilet əldə edə biləcək.

 

Aksiya Bakıdan/Bakıya aşağıdakı istiqamətlər üzrə gediş-dönüş aviabiletlərinə şamil olunur: London, Paris, Berlin, Təl-Əviv, Pekin, həmçinin Nyu-York. İkinci aviabiletə görə inzibati yığımlar istisna olmaqla ödəniş tutulmur.

 

Aksiya çərçivəsində aviabiletlərin satış müddəti 18 - 27 mart, uçuşların müddəti isə 1 aprel - 31 may tarixləridir. Aksiya çərçivəsində alınan aviabiletlər eyni bir reysə və xidmət sinfinə aid olmalıdır. Aksiyanın şərtlərinə əsasən, aviabiletlər yalnız birlikdə dəyişdirilə bilər.

 

Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında əldə etmək mümkündür.

 

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz: 

 

(+99412) 598-88-80

*8880

e-mail:  [email protected]

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR