Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) rəsmi "Youtube" kanalında Novruz bayramına həsr olunmuş təbrik videoçarxı yerləşdirib.
AZAL-ın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, çarxda reysdən Bakıya yenicə çatan və bahar bayramını öz ailəsinin əhatəsində qeyd etmək üçün Naxçıvandakı evinə tələsən mülki aviasiyanın pilotu Həmzə Abbasovdan danışılır.
"AZAL pilotun və ailəsinin simasında bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, hər bir ailəyə cansağlığı, səadət və bahar əhval-ruhiyyəsi arzulayır!" - təbrikdə deyilir.