Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün təlim uçuşu çərçivəsində Praqanın Vatslav Havel beynəlxalq hava limanında Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Boeing 787 Dreamliner” sərnişin təyyarəsinin texniki nümayişi baş tutub.
Azərbaycanın Çexiyadakı Səfirliyindən “APA-Economics”ə verilən məlumata görə, təyyarənin nümayişi zamanı Çexiya biznes dairələri, KİV təmsilçiləri, Vatslav Havel beynəlxalq hava limanının nümayəndələri, habelə AZAL-ın Praqa şəhəri üzrə nümayəndəsi və Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev iştirak ediblər.