Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Azərbaycan Hava Yolları" QSC (AZAL) özünün “AZAL Miles” bonus proqramı çərçivəsində yeni aksiyaya start verir.
AZAL-ın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, aprelin 1-dən iyun 1-ə kimi Berlin və Parisə uçan proqram iştirakçıları iki dəfə çox status və səyahət balları qazana biləcəklər.
Bakı-Paris-Bakı aviareysləri həftədə 4 dəfə - çərşənbə axşamı, cümə axşamı, cümə və bazar günləri həyata keçirilir. Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş Bakı vaxtı ilə səhər saat 06:35-də, Şarl de Qoll Hava Limanına eniş isə yerli vaxtla saat 10:05-də. Parisdən uçuş - yerli vaxtla saat 11:25-də, Heydər Əliyev Hava Limanına enmə Bakı vaxtı ilə saat 18:35-də baş tutacaq.
Martın sonundan etibarən bərpa edilən Bakı-Berlin-Bakı marşrutu üzrə birbaşa reyslər həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri yerinə yetirilir. Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş - Bakı vaxtı ilə səhər saat 07:00-da, Tegel Beynəlxalq Hava limanına enmə - yerli vaxtla saat 09:55-də, Berlindən uçuş - yerli vaxtla saat 10:55-də, Heydər Əliyev Beynəlxalq Hava Limanına enmə - Bakı vaxtı ilə saat 17:25-də həyata keçiriləcək.
Paris və Berlinə aviareyslər biznes və ekonom salonlu komfortlu “Airbus A320” və “A319” laynerləri ilə həyata keçirilir.
“AZAL Miles” bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: https://www.azal.az/az/azal-miles/miles-programme
Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilər: