Bank Of Baku

Azərbaycan “Rəqəmli İqtisadiyyat” I nazirlər görüşündə təmsil olunub - FOTO

Azərbaycan “Rəqəmli İqtisadiyyat” I nazirlər görüşündə təmsil olunub - <span style="color: red;">FOTO
# 16 iyun 2015 12:13 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Avropa Birliyi tərəfindən Lüksemburqda “Rəqəmli İqtisadiyyat” (Digital Economy) birinci nazirlər toplantısı keçirilib.

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin müvafiq nazir və digər rəsmi şəxsləri iştirak edib.

 

Azərbaycanı bu tədbirdə nazir müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nazir müavini ölkəmizdə rəqəmli bazarın mövcud vəziyyəti ilə bağlı tədbirdə çıxış edib.

 

Birinci nazirlər görüşünün sonunda vahid rəqəmli iqtisadiyyat üzrə bəyannamə qəbul edilib.

 

Bəyannamə Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrin rəqəmli bazarlarının Avropa Birliyi ölkələri ilə uyğunlaşdırılması və seçilmiş istiqamətlər (elektron xidmətlər, elektron hökumət, elektron səhiyyə, gömrük, rəqəmsal nəqliyyat dəhlizləri, e ticarət, İKT əsaslı infrastruktur üçün ticarət, İKT əsaslı infrastruktur idarəetmə prinsipləri, rabitə şəbəkələri, informasiya və kibertəhlükəsizlik) üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. 

 

Həyata keçiriləcək tədbirlər həmçinin, bu ilin may ayında Avropa Birliyi ölkələri tərəfindən qəbul olunan rəqəmli bazarın inkişafı üzrə strategiyanın (A Digital Single Market Strategy for Europe) tərkib hissəsidir.

 

Tədbir çərçivəsində, həmçinin nazir müavini E.Vəlizadə Avropa Komissiyasının Vahid Rəqəmli Bazar üzrə Avropa komissarı Andrus Ansip arasında ikitərəfli görüş keçirilib və əməkdaşlıq məsələləri müzakirə edilib. Avropa komissarı A.Ansip “Bakutel-2015” sərgisinə dəvət edilib.

 

Tədbirdə həmçinin “EaPConnect” layihəsi çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrinin Milli Elm və Təhsil Şəbəkələrinin Avropanın GEANT şəbəkəsinə geniş inteqrasiya üçün Avropa Komissiyası ilə GEANT Assosiasiyası arasında müqavilə imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR