Bank Of Baku

Azərbaycan, Qazaxıstan, İran, Gürcüstan və Türkmənistan dəmir yolu və dəniz qurumları rəhbərlərinin görüşü keçirilib

Azərbaycan, Qazaxıstan, İran, Gürcüstan və Türkmənistan dəmir yolu və dəniz qurumları rəhbərlərinin görüşü keçirilib
# 01 mart 2016 07:06 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan, Qazaxıstan, İran, Gürcüstan və Türkmənistanın dəmir yolu və dəniz qurumları rəhbərlərinin beştərəfli görüşü keçirilib.

 

Tədbirdə  «Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

 

«Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat Katibliyinin rəisi Nazir Əzməmmədov APA-ya bildirib ki, görüşdə «Şərq-Qərb» multimodal nəqliyyat dəhlizinin inkişafı, regiondakı mövcud nəqliyyat infrastrukturu ilə tanışlıq, potensialların və perspektivlərin qiymətləndirilməsi, marketinq və yükdaşıma bazarının öyrənilməsi, tranzit yüklərin cəlb olunması üzrə birgə fəaliyyət, birgə nəqliyyat-logistika şirkətlərinin yaradılması və tranzit yük axınının artırılması üzrə birgə tədbirlərin işlənib hazırlanması, vahid tariflərin və sənədlərin tətbiqi, gömrük-nəqliyyat prosedurlarının optimallaşdırılması məsələləri  müzakirə olunub.

 

Tədbir çərçivəsində C. Qurbanovla Tükmənistan dəmir yolu naziri Bayram Annemeredov, «Gürcüstan Dəmir Yolu» SC-nin sədri Mamuka Baxtadze və İran Dəmir Yolunun vitse-prezidenti Huseyn Aşuri arasında ikitərəfli görüşlər keçirilib.

 

Nümayəndə heyətləri Türkmənbaşı limanına baxış keçirib. 

 

Görüşün yekununa dair müvafiq sənəd imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR