Bank Of Baku

Azərbaycan Fransa ilə tibb və energetika sahəsində nüvə tədqiqatlarının tətbiqi barəsində danışıqlar aparır

Azərbaycan Fransa ilə tibb və energetika sahəsində nüvə tədqiqatlarının tətbiqi barəsində danışıqlar aparır
# 06 iyul 2015 11:15 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi yanında xarici ticarət, turizmin inkişafı üzrə dövlət katibi Matias Fekla ilə görüşüb.

 

"APA-Economics" xəbər verir ki, görüşdə kosmik tədqiqatlar və sülh məqsədləri üçün nüvə tədqiqatları üzrə Fransa-Azərbaycan arasında olan əməkdaşlıq müzakirə edilib.

 

Ə. Abbasov görüş zamanı tərəflər arasında kosmik sahədə artıq bir neçə layihələrin həyata keçirildiyini vurğulayıb.

 

"Bu istiqamətdə bizim çox uğurlu nəticələrimiz var. Nüvə tədqiqatlarının sülh məqsədilə istifadəsi istiqamətində artıq Fransanın bir neçə şirkətləri ilə Azərbaycan Nüvə Tədqiqatları Mərkəzi danışıqlar aparır. Artıq bu istiqamətdə bir neçə işlər görülüb. Əsasən də tibb və energetika sahəsində nüvə tədqiqatlarının tətbiqi haqqında danışıqlar aparırıq", - deyə nazir bildirib.

 

Ölkələrimiz arasında böyük iqtisadi layihələrin mövcud olduğunu bildirən M. Fekla Azərbaycana peyk sahəsində Fransa şirkətlərinin töhfə verməyə hazır olduqlarını bildirib.

 

“Bizim Azərbaycanla həm nüvə, həm rabitə, həm də rabitə və telekommunikasiya sahəsində əməkdaşlığımız mövcuddur. Bundan başqa, bizim iqtisadi əməkdaşlığımız yüksək səviyyədə dəstəklənir, hər iki ölkənin prezidentləri mütəmadi görüşərək bu əlaqələrə çox böyük impulslar verirlər”, - deyə Fransa dövlət katibi bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR