Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan sement ixracını artırıb.
“APA-Economics”in Gürcüstan Statistika Xidmətinə istinadən verdiyi məlumata görə, bu ilin 11 ayı ərzində qonşu ölkəyə Azərbaycandan 1 338,7 min ABŞ dolları dəyərində 15 047,4 min ton sement aparılıb.
Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 2,32 dəfə çoxdur. Keçən ilin analoji dövrü ilə müqayisədə Gürcüstana ixrac olunan sementin həcmi dəyər baxımından da 2,55 dəfə azalıb.
Bu müddət ərzindən Gürcüstan Azərbaycanda 23 838,1 min dollar dəyərində 139 284,1 ton gips və alçı məhsulları idxal edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 16,4% çoxdur.
Keçən ilin analoji dövrü ilə müqayisədə Gürcüstana ixrac olunan gips və alçının həcmi dəyər baxımından da 23,1% çoxdur.
Qeyd edək ki, bu ilin on bir ayı ərzində Azərbaycandan Gürcüstana 565 894,7 min dollar dəyərində mal idxal edilib. Bu, ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 1,8% çoxdur. Gürcüstandan Azərbaycana isə bu müddət ərzində 510 700,1 min dollar həcmində mal gətirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,0% azdır.