Bank Of Baku

Azərbaycan dünya üzrə İKT reytinqində 67-ci sıradadır

Azərbaycan dünya üzrə İKT reytinqində 67-ci sıradadır
# 01 dekabr 2015 07:31 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Azərbaycan Beynəlxalq Telekommunikasiya Birliyinin informasiya texnologiyalarından istifadə üzrə ümumdünya reytinqində Ermənistanı qabaqlayaraq 67-ci mövqedə qərarlaşıb.

 

APA-nın BMT-nin saytına istinadən verdiyi xəbərə görə, postsovet ölkələri arasında Belarus liderlik edir. Bu ölkə 2010-cu ildən 14 pillə irəliləyərək 36-cı sıraya yüksəlib. Reytinq siyahısına daxil olan digər postsovet ölkələrindən Ermənistan və Gürcüstan 76-cı, Rusiya 45-ci, Qazaxıstan 58-ci, Moldova 66-cı, Qırğızıstan isə 97-ci pillələrdə yer tutub.

 

İnformasiya-kommunikasiya texnologiyalarından istifadə sahəsində 167 ölkənin yer aldığı siyahıya Cənubi Koreya Respublikası liderlik edir. Ondan sonra müvafiq olaraq Danimarka və İslandiya gəlir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR