Bank Of Baku

Azərbaycan prezidenti Ağsu rayonunda yol tikintisinə 3,5 milyon manat ayırıb

Azərbaycan prezidenti Ağsu rayonunda yol tikintisinə 3,5 milyon manat ayırıb
# 03 may 2016 16:25 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Ağsu rayonunun Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, 8 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisi məqsədi ilə Prezidentin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 3,5 milyon manat ayrılıb.

 

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR