Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhəri Nizami rayonunun daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, Bakı şəhəri Nizami rayonunun daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi məqsədi ilə Prezidentin ehtiyat fondundan
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 5 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.