Bank Of Baku

Azərbaycan prezidenti Naxçıvanda Günəş Elektrik Stansiyası və Sənaye Kompleksinin açılışında iştirak edib

Azərbaycan prezidenti Naxçıvanda Günəş Elektrik Stansiyası və Sənaye Kompleksinin açılışında iştirak edib
# 01 dekabr 2015 16:58 (UTC +04:00)

APA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dövlət başçısına məlumat verib ki, muxtar respublikada da alternativ və bərpa olunan enerji mənbələri ilə bağlı mühüm layihələr həyata keçirilir.

 

Belə layihələrdən biri də Babək rayonunun Xal-xal kəndi yaxınlığında tikintisinə cari ildə başlanılan yeni Günəş Elektrik Stansiyasıdır. Bu energetika qurğusu üçün 35 hektar torpaq sahəsi ayrılıb.

 

Qeyd edilib ki, 20 meqavat gücə malik stansiyada işlər Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi ilə Belçika Krallığının “Soltech” şirkəti arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Stansiyada 78 min 684 ədəd ən müasir “şüşə-şüşə” tipli günəş panelləri, onlar üçün dayaqlar və 11 elektrik yarımstansiyası quraşdırılıb. Naxçıvan Günəş Elektrik Stansiyasında il ərzində 30 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal olunacaq.

 

Azərbaycan prezidenti Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin əməkdaşları və Belçikanın “Soltech” şirkətinin nümayəndəsi ilə görüşüb.

 

Dövlət başçısı muxtar respublikanın energetika kompleksinin daha da inkişafı, eləcə də, bərpa olunan və alternativ enerji mənbələrindən geniş istifadə ilə əlaqədar tapşırıqlarını verib.

 

İ. Əliyev stansiyanın açılışını bildirən düyməni basıb.

 

Prezident İlham Əliyev həmçinin Naxçıvan Sənaye Kompleksinin açılışında iştirak edib. Dövlət başçısına əvvəlcə Sənaye Kompleksinin laboratoriyasında yaradılan şərait barədə məlumat verilib ki, kompleksin ümumi sahəsi 9 hektardır və özündə 4 zavodu birləşdirir.

 

Sonra prezident İlham Əliyev məsaməli beton istehsal edən zavodda yaradılan şəraitlə tanış olub. Bildirilib ki, müəssisədə xammal kimi daş qumundan, əhəng, gips, sement və alüminium tozundan istifadə olunacaq.

 

Sonda dövlət başçısı müəssisəni işə salıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR