Bank Of Baku

Azərbaycan Rusiyadan 275 yük vaqonu gətirib

Azərbaycan Rusiyadan 275 yük vaqonu gətirib
# 01 iyun 2015 09:40 (UTC +04:00)

akı. Vüsal Nəbiyev - APA-Economics. “Azərbaycan Dəmir Yolları” QSC ilə Rusiyanın “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyası arasında imzalanan müqaviləyə əsasən Azərbaycana yük vaqonlarının gətirilməsi davam edir.

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun “APA-Economics”ə verdiyi məlumata görə, artıq vaqonlardan 275-i Azərbaycana göndərilib.

 

Qurum rəsmisinin sözlərinə görə, bağlanan müqaviləyə əsasən 2900 yük vaqonlarının hamısı ilin sonuna kimi Azərbaycana hissə-hissə göndəriləcək.

 

Qeyd edək ki, bu ilin mart ayında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla Rusiyanın F. Dzerjinski adına “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyasının baş direktoru Oleq Sienko arasında baş tutan görüşü zamanı “Uralvaqonzavod”dan 2900 müxtəlif təmayüllü yük vaqonunun alınması ilə bağlı müqavilə imzalanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR