Bank Of Baku

Azərbaycan səfiri BTQ dəmir yolu xəttinin Gürcüstan hissəsində aparılan işlərlə tanış olub

Azərbaycan səfiri BTQ dəmir yolu xəttinin Gürcüstan hissəsində aparılan işlərlə tanış olub
# 28 iyul 2017 12:17 (UTC +04:00)

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Zaman Novruzov Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan ərazisindən keçən hissəsində görülmüş işlərlə tanış olmaq məqsədilə Tsalka rayonuna və Cavaxetiya bölgəsinə (Ninotsminda və Axalkalaki rayonları) səfər ediblər.  

 

Azərbaycanın Gürcüstandakı səfirliyindən APA-ya verilən məlumata əsasən, səfər çərçivəsində dəmir yolu xəttinin Marabda-Axalkalaki-Karsaxi-Türkiyə sərhədi hissəsində yerləşən Tsalka, Toparavani, Karsaxi stansiyalarına baxış keçirilib.

 

D. Həsənov və Z. Novruzov həmçinin Axalkalaki stansiyası kompleksində və Gürcüstan-Türkiyə sərhədində yerləşən 4 200 metrlik tuneldə aparılan intensiv son tamamlanma işləri ilə yaxından tanış olublar.

 

İş icraçılarının məlumatlarına və aparılan müşahidələrə əsasən, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsinin bu ilin sentyabr ayında tam şəkildə istismara hazır olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR